Close

Ən nadir "Ferrari" satışa çıxarılır

Mart ayının sonunda çox nadir "Ferrari Monza SP1" superkarın satışa çıxarılacaq.

TNS xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Bildirilib ki, satış "Car&Classic" hərracı ilə baş tutacaq. 

"Ferrari Monza SP1"in fərqləndirici xüsusiyyətlərindən biri təkoturacaqlı kokpit hesab olunur.

Ümumiyyətlə, "Ferrari"nin cəmi 129 belə avtomobil istehsal etdiyi hesab olunur. Hərrac qiymət gözləntilərini açıqlamır, lakin superkar təkcə nadirliyinə görə deyil, həm də demək olar ki, yox dərəcəsində olan yürüşünə - cəmi 140 km - görə milyonlarla dollar dəyərində ola bilər.

"Ferrari Monza"nı robotlaşdırılmış ötürmə qutusu ilə birlikdə 810 at gücündə 6.5 litrlik V12 mühərriki ilə təchiz edib. Spidster 300 km/saat maksimal sürətlə üç saniyədən az müddətdə 100 km/saat sürətə çata bilir.

Qeyd edək ki, satışa çıxarılan nüsxə 2020-ci ildə yığılıb.