Close

21:52
08 Dekabr 2024
21:34
08 Dekabr 2024
20:00
08 Dekabr 2024

İki dildə danışmaq beyinə necə təsir edir?

İki dildə danışmaq beyin bölgələri arasında əlaqəni gücləndirir və idrakda səmərəliliyi artırır.

TNS xəbər verir ki, Kanadanın McGill və Ottava universitetləri ilə İspaniyanın Saraqosa Universiteti tərəfindən aparılan yeni araşdırmadan sonra bu qaənaətə gəlinib.

Keçmiş tədqiqatlar göstərib ki, ikinci dil öyrənmək diqqətə, sağlam yaşlanmaya və hətta beyin zədəsindən sonra sağalmaya müsbət təsir göstərə bilər.

Fransız, ingilis və hər iki dildə danışan 151 iştirakçının MRT məlumatlarına əsaslanan yeni araşdırma ikidilli olmağın idrak proseslərindəki rolunu izah edir.

MRT nəticələri ikidilli iştirakçıların tək dil danışanlara nisbətən beyin bölgələri arasında daha çox əlaqəyə malik olduğunu və bu əlaqənin daha gənc yaşda ikinci dil öyrənənlərdə daha güclü olduğunu ortaya qoyub. Bu təsir xüsusilə beyincik və sol frontal korteks arasında aydın şəkildə müşahidə edilib.

Tədqiqatın rəhbəri Zeus Qracia Tabuenca bildirib ki, ikinci dil təcrübəsi nə qədər tez baş verirsə, neyroplastiklikdə iştirak edən beyin bölgələri bir o qədər böyük olur. Nəticələr, beyin bölgələrinin təcrid olunmuş şəkildə işləmədiyini, dili anlamaq və yaratmaq üçün başqaları ilə qarşılıqlı əlaqədə olduğunu göstərən əvvəlki tədqiqatlarla uyğunluk təşkil edir.

Bununla belə, son tədqiqat ikidilliliyin düşünmək, ünsiyyət qurmaq və ətrafımızdakı dünyanı təcrübədən keçirmək üçün istifadə etdiyimiz beyin əlaqələrinə necə təsir etdiyi barədə daha çox məlumat təqdim edir.