Close

21:52
08 Dekabr 2024
21:34
08 Dekabr 2024
20:00
08 Dekabr 2024

Sistemi sındırılmış robot tozsoran sahibini söyüb

ABŞ-nin müxtəlif ştatlarından olan bir çox robot tozsoran istifadəçiləri cihazlarının onlara qarşı irqçi söyüşlər və təhqirlər səsləndirdiyini bildirib.

TNS xarici mediaya istinadən xəbər verir ki, Minnesota ştatından olan hüquqşünas Daniel Svenson bildirib ki, onun Çin istehsalı “Ecovacs Deebot” robot tozsoranı qəflətən qəribə səslər çıxarmağa başlayıb və qaradərili insanlara qarşı irqçi təhqirlər səsləndirib.

"Tozsoranımın sındırıldığını başa düşməyim çox çəkmədi. Qeyd etmək istərdim ki, hakerlərin kamera və mikrofona daxil ola bilməsi, xüsusən də uşaqların məxfiliyi baxımından böyük problemdir", - Svenson deyib.

Son aylarda ABŞ-də oxşar hadisələrin tez-tez baş verdiyi bildirilib. May ayında da Deebot X2 model tozsoran uzaqdan idarə edilərək Los-Ancelesdəki bir evdə yaşayan iti qovalayıb və söyüşlər səsləndirib.

Şikayətlərdən sonra şirkət problemin onların sistemlərindən deyil, müştərilərin hesab məlumatlarının ələ keçirilməsindən qaynaqlandığını iddia edib.

Çin şirkəti əlavə edib ki, X2 seriyası noyabr ayında ediləcək yeniləmə ilə daha təhlükəsiz hala gətiriləcək.