Close

18:27
08 Oktyabr 2024
16:11
08 Oktyabr 2024

Bahalı filtrlərə ehtiyac yoxdur- Bu bitkilər suyu təmizləyir

Bitki şəkərlərindən olan polimerlər sudan ağır metalları çıxara bilir.

TNS xəbər verir ki, bunu "ACS Central Science" jurnalında dərc olunan araşdırma göstərib.

Ağır metalları çıxarmaq üçün mürəkkəb filtrasiya sistemləri istifadə olunur. Onlar bahalıdır olur və tez-tez dəyişdirilməsinə ehtiyac yaranır. Bu problemi həll etmək üçün alimlər öz hüceyrələrini polisaxaridlərdən ibarət  maneə ilə qoruyan bitkilərdən istifadə etməyi təklif ediblər.

Elm adamları bamya və aloe polisaxaridlərinin çirkab sulardan mikroplastikləri süzmək üçün uyğun olduğunu bildiriblər. Ancaq onlar da suda həll olunduğundan geniş istifadəni məhdudlaşdırır.

Alimlər yeni bir araşdırmada suda həll olunmayan polimerlər yaradıblar. Kolorado çayından götürülmüş sudan kadmium və qurğuşunu effektiv şəkildə süzüblər. 24 saat ərzində polimer əlavə edilmiş kadmium və qurğuşunun müvafiq olaraq 20% və 45% -ni tutub. Bu vəziyyətdə, sudan asanlıqla çıxarıla bilən, həll olunmayan laxtalar meydana gəlib. Filtr materialı təkrar istifadə edilə bilər, çünki o, üç filtrasiya dövründən sonra orijinal səmərəliliyini saxlayıb.