Close

Azərbaycanda yeganə olan bu avtomobil satışa çıxarıldı - 1,5 milyona

Sumqayıt sakini Teymur Məmmədov sahibi olduğu bahalı retro avtomobili satışa çıxarıb.

TNS xəbər verir ki, o, Azərbaycanda yeganə, 1938-ci il buraxılışı olan “Mercedes 170 V” avtomobilini 850 min dollara (təxminən 1,5 milyon manat) təklif edir. T.Məmmədov avtomobilin satışı ilə bağlı yerli və xarici elan saytlarında məlumat yerləşdirib.

Qeyd edək ki, 85 yaşlı avtomobil ideal vəziyyətdədir. Kupe-sedan tipli maşın geridə qalan illərdə 82 min kilometr yol qət edib. 2,4 litrlik benzin mühərrikə malik nəqliyyat vasitəsi 85 at gücünə malikdir.(Qafqazinfo.az)

10016_esOhJBaibIr_VXdZS_7VBg

14045_oF1FLJxW0xrIzP6iXN6CKg

84891_JHylQt7lkz4Ur8vOwEcDnw

94389_04iq92z8dVUHKjykcP0jDQ