Close

Nazirlik yenə depozit hərracı keçirdi

Maliyyə Nazirliyi tərəfindən dövlət büdcəsi vəsaitlərinin daha səmərəli idarə olunması məqsədilə vahid xəzinə hesabının milli valyutada olan vəsaitlərinin yerli banklarda depozitə yerləşdirilməsi üçün növbəti depozit hərracı təşkil edilib.

TNS xəbər verir ki, hərracın nəticələrinə əsasən, vahid xəzinə hesabının 500,0 milyon manat həcmində sərbəst qalığı kapitallaşma və aktivlərinin məbləği səviyyəsinə görə ölkənin ən iri beş bankında 30 gün müddətinə, 6.8% orta çəkili faiz dərəcəsi ilə depozitə yerləşdirilib.