Close

Bakı Regional Məşğulluq filialına yeni müdir təyin olundu

Dövlət Məşğulluq Agentliyinin Bakı Regional Məşğulluq filialına yeni müdir təyinatı olub.

TNS-in məlumatına görə, bu vəzifəyə Habil Alısoy təyinat alıb.

Qeyd edək ki, Habil Alısoyun son iş yeri Dövlət Məşğulluq Agentliyi Şirvan-Salyan Regional Məşğulluq filialında regional müdir vəzifəsi olub.

Əslən Gədəbəydən olan H.Alısoy Ankara Universitetinin məzunudur.