Close

Kənd təsərrüfatı məhsullarının 80 faizini kiçik fermalar istehsal edir - ARAŞDIRMA

Kənd təsərrüfatının iqtisadiyyatının əsas sahələrindən birini təşkil etdiyi Azərbaycan inkişaf etmiş sənayesi və çoxsahəli kənd təsərrüfatı olan aqrar-sənaye dövlətidir.

TNS-in araşdırmasına görə, 2020-ci ildə ümumi məhsulun strukturunda kənd, meşə və balıqçılıq təsərrüfatlarının payına 5,6 faizdən çox düşüb. Həmin il ərzində kənd, meşə və balıqçılıq təsərrüfatlarında 13,1 faiz iqtisadi artım qeydə alınıb. Kənd təsərrüfatı ölkənin qeyri-neft iqtisadiyyatına əsas töhfə verir.

2020-ci ildə kənd təsərrüfatı Azərbaycanın ÜDM-nin 6,9 faizini təşkil edib və ölkənin işçi qüvvəsinin təqribən 36 faizini əhatə edib.

Kənd yerlərində ev təsərrüfatlarının gəlirlərinin dörddə biri kənd təsərrüfatından əldə edilir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkənin 86,6 min kvadratmetr ərazisinin 12 faizi meşələrdir. 4,6 faiz torpaq su altındadır. 55,2 faiz  kənd təsərrüfatına yararlı torpaqlardır ki,  onlardan 28 faizi biçənəklər və otlaqlardır. Digər məqsədlər üçün istifadə olunan torpaqlar isə 28,2 faiz təşkil edir.

Konkret olaraq, kənd təsərrüfatına adambaşına düşən yararlı torpaq sahəsi 0,46 ha təşkil edir və bunun 0,19 hektarı əkin sahəsidir, adambaşına düşən otlaq və otlaq sahələri isə daha azdır (DSK, 2020).

1990-cı illərdən bəri meşələrin əhatə etdiyi sahə böyüyüb və 2020-ci ildə təxminən 1,13 milyon hektara çatıb. Bunun demək olar ki, 73 faizi təbii olaraq bərpa olunan meşədir, qalan hissəsi əkilib (FAO, 2020). Azərbaycan iqlim dəyişikliyi nəticəsində dağılmış torpaqlarda meşə landşaftının bərpası üçün Bonn çağırışına qoşulub və 2030-cu ilədək 270 000 hektar meşəni bərpa etməyi hədəfləyir.

2021-cu ilin əvvəlinə olan məlumata görə, ölkədə kənd təsərrüfatı torpaqları 4779.5 hektar təşkil edib ki, bunlardan 1445.9 hektarı suvarılan torpaqlardır. Bu torpaqlardan 2057.9 hektarı əkin yerlərdir ki, onlardan 1269,7 hektarı suvarılan torpaqlardır. Bunlardan 40 hektarı herik, 255-i çoxillik əkilmələr, 2426,6 hektarı biçənək və otlaqlardır.

Ümumi torpaq sahəsinin (8,7 milyon hektar) 4,6 milyon hektarını kənd təsərrüfatı yerləri təşkil edir. Onlardan 1,8 milyon hektardan çoxu şumluq torpaqların payına düşür, 2 milyon hektarını yay və qış otlaqları tutur.

Əkin sahələrinin demək olar ki, yarısı Kür-Araz ovalığında cəmlənib.

Xarici bazarlarda Azərbaycan məhsulları artır

Qeyd etmək lazımdır ki, son illər xarici ərzaq bazarlarında Azərbaycanda istehsal olunan kənd təsərrüfatı məhsullarının, əsasən də tərəvəz bitkilərinin həcmində artım müşahidə olunur.

Ölkəmizdə kənd təsərrüfatı əsasən üzümçülük, bağçılıq, tütünçülük, tərəvəzçilik, heyvandarlıq və ipəkçilik üzrə ixtisaslaşır.

Əsas texniki bitkilər pambıq, tütün və çaydır. Erkən tərəvəzçilik və subtropik meyvəçilik də inkişaf edib.

Azərbaycanın ÜDM-də (ümumi daxili məhsul) kənd təsərrüfatının payı 5,5 faiz (2023-ci il) olub. Kənd təsərrüfatı məhsulları istehsalçılarının 80 faizdən çoxu kiçik ferma təsərrüfatlarıdır.

Azərbaycanın kənd təsərrüfatında heyvandarlığın məhsuldarlığı 39, əkinçiliyin məhsuldarlığı 61 faiz təşkil edir ki, onun da əsas sahəsi taxılçılıqdır.

Əkilən torpaqlarda pestisiddən (xlorpirifosdan) istifadə olunurmu və vasitə hansı ölkələrdən və idxal edilir?

Ölkəyə idxal olunan pestisidlər daha çox Türkiyədən gətirilir. Bundan başqa, İordaniya, Belçika, Hindistan, İsveçrə, Çin, Almaniya, İran kimi ölkələrdən də idxal olunur.

Hələ 10 il əvvəl, 2014-cü ildə Kənd Təsərrüfatı Nazirliyinin Bitki Mühafizəsi Mərkəzi xlorpirifosdan aşağıda qeyd olunan məqsədlər üçün istifadə edib.

1300 hektar sahədə çəyirtkə həşəratlarına qarşı mübarizədə 650 litr həcmdə xlorpirifos tərkibli xlorban preparatından istifadə edilib.

4120 hektar sahədə taxıl böcəyi ilə mübarizədə 2060 litr xlorban, 352 hektar sahədə həşəratlara (yastıca) qarşı mübarizədə 750 litr xlorban, Amerika ağ kəpənəyi ilə mübarizədə 50 hektar sahədə 100 litr xlorbandan istifadə edilib.

Son zamanlara qədər ayrı-ayrı şirkətlər xlorpirifos tərkibli preparatlar gətirirdi və onlardan kənd təsərrüfatı bitkilərinin zərərvericiləri ilə mübarizədə istifadə edilirdi.

Xlorpirifos əsaslı preparatlar şəkər çuğundurunu dişləyən və soran (birə böcəkləri, yarpaq mənənəsi, çəmən kəpənəkləri, adi şəkər çuğunduru taxıl biti, sovka, qırıntılar, çuğundur böcəkləri, leş böcəkləri), alma ağacları (alma qurdu, yarpaq bükən tırtıl, güvələr, çanaqlı yastıca, mənənə, gənələr); üzüm (yuva yarpaq bükən tırtıl); qarayonca (fitonomus böcəyi); otlaqlar və yabanı bitki örtüyü (qeyri-sürü çəyirtkələr) zərərvericilərinə qarşı istifadəsi üçün icazə verilib.

Xloropirifos əsaslı preparatlar payızlıq buğdasında taxıl hafına; alma ağaclarında güvələr, almaq qurdları, yarpaqbükən tırtıllar, mənənələr, gənələr, güvələr; otlaqlarda və yabanı bitkilərində çəyirtkələrə qarşı istifadə olunub.

Dərman əsasən, çəyirtkələrə, taxıl hafına, yastı böcəklərə, Amerika ağ kəpənəklərinə və digər həşəratlara qarşı mübarizədə istifadə edilir.

Onu da qeyd edək ki, ölkədə xlorpirifos istehsal olunmur və hazırda onun idxalı dayandırılıb.

Aygün İbrahimli