Close

15:32
07 May 2024

“Bank BTB”nin gəlirləri və nizamnamə kapitalı açıqlanıb

2024-cü ilin birinci rübündə “Bank BTB” Açıq Səhmdar Cəmiyyətinin gəlirlərində və nizamnamə kapitalında artımlar müşahidə olunub.

TNS-in bankın rüblük hesabatı əsasında apardığı araşdırmalara əsasən, ötən ilin eyni dövründə 8 milyon 335 min manatlıq gəlir cari dövrdə 8 milyon 700 min manata qədər artıb, yəni göstəricilərdə 365 min və ya 4% artım olub.

I rübdə bankın nizamnamə kapitalının vəsaitləri 5 milyon manat və ya 7.5 faiz artıb. Belə ki, ötən dövrdə nizamnamə kapitalı 66 milyon 450 min manatdan 71.45 milyon manata qədər artırılıb.

Bununla belə, aktivlərdə, əsas vəsaitlərdə və  öhdəliklərdə nisbətən azalmalar baş verib.

Belə ki, ötən ilin I rübündə 376 milyon 391 min manat olan aktivlər cari ildə 1.98 faiz və ya 7 milyon 442 min manat aşağı düşərək 368 milyon 949 min manat olub.

Əsas vəsaitlərdəki azalma isə 15.29 faiz və ya 10 milyon 655 min manatdır. Belə ki, ötən dövrdə bu vəsaitlərin həcmi 69 milyon 679 min manat, cari dövrdə isə 59 milyon 024 min manat təşkil edib.

Öhdəliklərdə də azalmalar özünü büruzə verir. Belə ki, ötən ilin I rübündə bu vəsaitlərin həcmi 325 milyon 522 min manat təşkil edirdisə, bu, cari ildə 316 milyon 308 min manata düşüb. Hesablamalardan aydın olur ki bir illik azalma 9 milyon 214 min manat və ya 2.83 faiz səviyyəsindədir.

Rövşən Ziya