Son illər Azərbaycanda heyvanların sayı xeyli azalıb
Son 4 ildə Azərbaycanda iri və xırda buynuzlu heyvanların sayında ciddi azalmalar qeydə alınıb.
TNS xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin rüblük hesabatında bildirilib.
Belə ki, 2020-ci ilin aprel ayında ölkəmizdə 12 milyon 105,7 min baş iri və xırda buynuzlu heyvan vardısa, 2024-cü aprelin 1-nə qədər onların sayı 10 milyon 957.6 min başa qədər düşüb. Hesablamalardan aydın olur ki, 4 il ərzində 1 milyon 148.7 min baş və ya 9.49 faiz azalma baş verib.
Qeyd edək ki, bu ilin aprelin 1-nə qədər ölkədə 2 milyon 512,8 min baş mal-qara olub, bunun 1 milyon 238.8 başı inək və camışdır.
Qoyun və keçilərin ümumi sayı isə 7 milyon 206.0 min baş təşkil edib. Əsas azalma isə elə onların sayında olub. Belə ki, 2020-ci ilin aprelin 1-nə qədər onların sayı 8 milyon 189.2 min baş olub. Deməli 4 il ərzindəki azalma 982.2 min baş və ya 12.01 faiz həcmindədir.
Rövşən Ziya