Close

12:20
27 İyul 2024

AZAL-da endirim: Ər-Riyada təyyarə bileti 69 avrodur

Azərbaycanın milli aviadaşıyıcısı AZAL bir sıra istiqamətlərə – Dubay, Ər-Riyad və Nyu Dehli şəhərlərinə uçuşlara yeni endirim aksiyasına start verir.

Bu barədə TNS-ə AZAL-dan məlumat verilib.

Bildirilib ki, təklif çərçivəsində endirimli aviabiletləri 20-29 fevral tarixlərində əldə etmək mümkündür. Aksiya yüksək tələbat dövrü istisna olmaqla, aviaşirkətin 24 fevral-27 oktyabr 2024-cü il tarixlərində həyata keçirəcəyi reyslərinə şamil olunur.

Belə ki, Bakıdan Dubay şəhərinə aviabiletlərin qiyməti bir tərəfə 130 avro, hər iki istiqamətdə 234 avro təşkil edir. Ər-Riyad şəhərinə səyahət edərkən biletləri bir tərəfə 69 avroya, gediş-dönüş aviabiletlərini 128 avroya əldə etmək mümkündür. Nyu Dehli şəhərinə aviabiletlərin qiyməti isə bir tərəfə 150 avro, hər iki istiqamətdə 272 avro təşkil edir.