Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini 40%-ə qaldırdı
49
17:18 - 23 Noyabr 2023
![](/upload/files/up3/Xeberler/Siyaset/2023/11/23/lire-dollar.jpg)
Bu gün Türkiyə Mərkəzi Bankının (TMB) Pul siyasəti komitəsinin növbəti iclası keçirilib.
TNS quruma istinadən xəbər verir ki, iclasda uçot dərəcəsi 5 faiz bəndi artırılaraq 35%-dən 40%-ə qaldırılıb.
Xatırladaq ki, uçot dərəcəsi TMB-nin bu il oktyabrın 26-da keçirilmiş iclasında 30%-dən 35%-ə çatdırılmışdı.