Close

19:07
29 Sentyabr 2023

“Fitch Ratings” Azərbaycanda illik inflyasiya ilə bağlı proqnozunu açıqlayıb

"Fitch Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanda 2023-cü ildə inflyasiyanın 10,1 %, 2024-cü ildə isə 6 % olacağını proqnozlaşdırır.

TNS bu barədə agentliyə istinadən xəbər verir.

Xatırladaq ki, qurum apreldə bu il qiymət artımının 10,3 %, gələn il isə 7,3 % olacağını bəyan etmişdi.

İnflyasiya proqnozunun azaldılmasına səbəb Azərbaycan manatının Türkiyə və Rusiya kimi əsas ticarət tərəfdaşlarının milli valyutalarına nisbətən nominal effektiv bahalaşması və dünyada ərzağın ucuzlaşması ilə bağlıdır.

"Fitch Ratings" hesab edir ki, bu ilin sonuna qədər illik inflyasiya Azərbaycan Mərkəzi Bankının hədəf diapazonunun tavanına (4±2%) yaxınlaşacaq.