Azərbaycan neftinin qiyməti bu il ilk dəfə 100 dolları ötüb
72
09:37 - 15 Sentyabr 2023
![](/upload/files/up3/Xeberler/Siyaset/2023/09/15/169346170850494194764f02ccc712a3.jpg)
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiyməti 100 dolları ötüb.
TNS xəbər verir ki, Azərbaycan neftinin 1 bareli üzrə qiyməti ötən günlə müqayisədə 1,8 dollar və ya 1,8% artaraq 100,53 ABŞ dolları təşkil edib.
Qeyd edək ki, "Azeri Light" neftinin qiyməti 2023-cü ildə ilk dəfə 100 dolları ötüb.