Close

16:42
16 Aprel 2024

Çörək istehsalı müəssisəsinin fəaliyyəti dayandırıldı

Gəncədə çörək istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb.

Bu barədə TNS-ə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, agentlik əməkdaşları tərəfindən Gəncə şəhəri, Heydər Əliyev prospektində fəaliyyət göstərən fiziki şəxs Abdullayev Hüseyn Faiq oğluna məxsus çörək istehsalı müəssisəsində aparılmış yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib.

Belə ki, müəssisədə sanitar texniki və sanitar gigiyenik vəziyyətin qənaətbəxş olmadığı, tavan, döşəmə və divar səthlərinin asan təmizlənmənin və dezinfeksiya vasitələrinin təsirinə davamlı materiallarla üzlənmədiyi, xammalların çirklənmədən mühafizə ediləcək şəraitdə saxlanılmadığı, texnoloji ardıcıllıq prinsipinə əməl olunmadığı, həmçinin müvafiq təmizlik işlərinin aparılmadığı aşkar olunub.

Aşkar edilmiş faktlarla bağlı qanunvericiliyə uyğun olaraq sahibkar barəsində inzibati protokol tərtib edilib, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb. Araşdırmalar davam etdirilir.