Leyla Əliyevanın qızı dünya çempionu oldu - VİDEO
18
16:23 - 18 May 2025

Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın qızı Əminə Əliyeva İtaliyanın Peruca şəhərində kunq-fu üzrə dünya çempionatında “light sanda” döyüşü üzrə dünya çempionu olub.
TNS xəbər verir ki, bu barədə Leyla Əliyeva özünün "İnstagram" səhifəsində paylaşım edib.