"Qarabağ" Kadinin formalarını satır
17
12:25 - 06 Fevral 2025

"Qarabağ" futbolçusu Kadi Borgesin imzalı formalarını satışa çıxarıb.
TNS xəbər verir ki, bu haqda klubun yaydığı açıqlamada bildirilib.
Azarkeşlərim məhdud sayda olan formaları Park Bulvar AVM-in 2-ci mərtəbəsində fəaliyyət göstərən "Qarabağ" fan-şopundan əldə edə bilər.
Xatırladaq ki, fevralın 4-də "Qarabağ" sabiq futbolçusu Kadi Borgeslə 4 illik müqavilə imzaladığını açıqlayıb. O, Macarıstanın "Ferensvaroş" klubundan transfer olunub.