Close

12:25
20 Yanvar 2025

Superliqa: “Beşiktaş” doğma meydanda qalib gəldi

Türkiyə Superliqasında XIX turun növbəti oyunu keçirilib.

TNS xəbər verir ki, “Beşiktaş” doğma meydanda “Bodrumspor”la qarşılaşıb. Görüş ev sahibinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu nəticədən sonra xallarını 30-a çatdıran “Beşiktaş” 5-ci pillədə qərarlaşıb. Qonaqlar isə 15 xalla 17-ci sıradadır.