Azərbaycan güləşçisi Qazaxıstanda keçirilən turnirdə qızıl medal qazanıb
30
23:13 - 29 Noyabr 2024

Azərbaycan təmsilçisi Ağanəzər Novruzov Qazaxıstanın paytaxtı Astanada keçirilən sərbəst güləş üzrə "Güləş ulduzları liqası"nda qızıl medal qazanıb.
TNS xəbər verir ki, idmançımız 74 kq çəki dərəcəsində bütün rəqiblərini üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
O, həlledici mərhələdə özbəkistanlı Mirzo Xaitova 4:1 hesabıyla qalib gəlib.