"Barselona" futbolçusu ilə yeni müqavilə bağlayıb
40
20:50 - 31 Oktyabr 2024

İspaniyanın "Barselona" klubu futbolçusu Fermin Lopeslə müqavilə müddətini uzadıb.
TNS kataloniyalıların mətbuat xidmətinə istinadən xəbər verir ki, yarımmüdafiəçinin yeni sözləşməsinin müddəti 2029-cu ilə qədər nəzərdə tutulub.
Müqavilədə 500 milyon avro təzminat maddəsi də yer alıb.
Qeyd edək ki, F. Lopes kataloniyalıların heyətində 48 oyunda meydana çıxıb və 11 qol vurub.