Volkan Dəmirəl baş məşqçi oldu
46
23:00 - 30 Oktyabr 2024

Türkiyə millisinin və “Fənərbağça”nın sabiq qapıçısı Volkan Dəmirəl “Bodrumspor” klubunun baş məşqçisi təyin olunub.
TNS xəbər verir ki, 42 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalanıb. O, bu vəzifədə ötən gün istefaya göndərilən İsmət Taşdəmiri əvəzləyib.
V.Dəmirəl daha əvvəl “Fatih Karagümrük” və “Hatayspor” komandalarının baş məşqçisi olub.