"Alpin" pilotu Bakıda uğursuzluqla üzləşdi
10
13:14 - 14 Sentyabr 2024
"Alpin" komandasının pilotu Esteban Okon Bakıda keçirilən Formula 1 üzrə Azərbaycan Qran-prisində uğursuzluqla üzləşib.
TNS xəbər verir ki, üçüncü sərbəst yürüş zamanı sürücünün bolidində problem aşkarlanıb.
Onun avtomobili trasda dayanıb, nəticədə qırmızı bayraq qaldırılıb. Qısa fasilədən sonra sınaq yürüşü davam etdirilib.
Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 15-də başa çatacaq.