Close

İngiltərə Premyer Liqasının rekordçusu 43 yaşında karyerasını bərpa edib

İngiltərə Premyer Liqasında keçirdiyi oyunların sayına görə (653) mütləq rekordçu olan Qaret Barri 43 yaşında karyerasını bərpa edib.

TNS xarici KİV-ə istinadən xəbər verir ki, İngiltərə millisinin sabiq üzvü ölkəsinin XI liqa klubu ilə razılığa gəlib.

O, "Herstpirpoynt" kollektivi ilə 1 illik müqavilə bağlayıb.

Qeyd edək ki, Q.Barri karyerası ərzində İngiltərədə "Aston Villa", "Mançester Siti", "Everton" və "Vest Bromviç" kimi klubların şərəfini qoruyub. Müdafiəçi 2020-ci ildə karyerasını başa vurduğunu açıqlamışdı.