Millimiz Gürcüstana da qalib gəldi
14
15:19 - 10 İyul 2024
Cəbəllütariqdə 16 yaşlı qızlar arasında keçirilən basketbol üzrə Avropa çempionatı C divizionunda millimizin ikinci qrup oyunu baş tutub.
TNS xəbər verir ki, qızlarımızın bu dəfəki rəqibi Gürcüstan seçməsi olub. Oyuna sürətli başlayan millimiz, Gürcüstan yığması üzərində 97-40 hesablı rahat qələbə qazanıb.
Oyunun ən məhsuldar basketbolçusu millimizin üzvü Angelina İsmayılova (24 xal, 5 ribaund) seçilib. Bu qələbə ilə qızlarımız yarımfinala vəsiqəni təmin ediblər.
Millimizin qrupdakı sonuncu oyunu 11 iyul Bakı vaxtı ilə saat 12:30-da Kipr yığmasına qarşı olacaq