Close

"Qalatasaray" "Tottenhem"in futbolçusunu transfer edir

"Qalatasaray" "Tottenhem" klubunun təcrübəli futbolçusu Emili Hoyberqlə razılıq əldə edib.

TNS xəbər verir ki, "sarı-qırmızlar" futbolçunu icarə əsasında transfer edirlər.

Bildirilib ki, Emili Hoyber həftəsonunadək "Qalatasaray" klubunun düşərgəsinə qatılmağa hazırlaşır.

Qeyd edək ki, 28 yaşlı yarımmüdafiəçi bu mövsüm "Tottenhem" forması ilə ümumilikdə 40 oyunda meydana çıxıb.