Close

Çempionlar Liqası: “Qarabağ”ın rəqibi müəyyənləşib - YENİLƏNİB

UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin püşkü atılıb.

TNS xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən püşkatma mərasimində Azərbaycanın turnirdəki yeganə təmsilçisi “Qarabağ”ın da rəqibi müəyyənləşib. Ağdam klubu bu mərhələdə “Hamrun Spartans” (Malta) – “Linkoln” (Cəbəllütariq) cütünün qalibi ilə qarşılaşacaq. “Qarabağ” ilk görüşü səfərdə keçirəcək.

Qeyd edək ki, II təsnifat mərhələsinin ilk matçları iyulun 23-24-də, cavab oyunları isə 30-31-də reallaşacaq.

11:14

Bu gün UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin püşkü atılacaq.

TNS xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatma mərasimi Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

Tədbirdə Azərbaycanın turnirdəki yeganə təmsilçisi olan “Qarabağ”ın da rəqibi müəyyənləşəcək. Ağdam klubu püşkə səpələnmişlər səbətindən qatılacaq.

Azərbaycan çempionu II raundda aşağıdakı komandalardan biri ilə üz-üzə gələcək:

“Flora” (Estoniya) – “Tselye” (Sloveniya) cütünün qalibi

“Virtus” 1964 (SMR) – “Styaua” (Rumıniya) cütünün qalibi

“Hamrun Spartans” (Malta) – “Linkoln” (Cəbəllütariq) cütünün qalibi

“Yagelloniya” (Polşa)

Qeyd edək ki, II təsnifat mərhələsinin ilk matçları iyulun 23-24-də, cavab oyunları isə 30-31-də keçiriləcək.