Milli Qəhrəman və Qurban Qurbanov... - Anlamlı xareoqrafiya
128
22:29 - 22 Fevral 2024

UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində keçirilən “Qarabağ” - “Braqa” matçında Ağdam klubunun azarkeşləri anlamlı xareoqrafiya açıblar.
TNS xəbər verir ki, fanatlar Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovla Qurban Qurbanovun əl-ələ xareoqrafiyasını hazırlayıblar.
“Ruhumuz şaddır” deyə xareoqrafiyada qeyd olunub.
Qeyd edək ki, Allahverdi Bağırov “Qarabağ”ın futbolçusu, kapitanı, baş məşqçisi olub. O, birinci Qarabağ müharibəsində şəhid olub.