Ronaldo iranlıları küçələrə tökdü
21
22:03 - 18 Sentyabr 2023

Sentyabrın 19-da Kriştiano Ronaldonun çıxış etdiyi “Əl-Nəsr” Asiya Çempionlar Liqasında səfərdə Tehranın “Persepolis” komandası ilə qarşılaşacaq.
TNS xəbər verir ki, 38 yaşlı portuqaliyalı superulduzun Tehrana gəlişi iranlı futbolsevərlər arasında inanılmaz səs-küyə səbəb olub.
Böyük izdiham otelə gedən yolda “Əl-Nəsr"in avtobusunun arxasınca qaçıb. Otelin yaxınlığında və hətta onun içərisində Ronaldo ilə şəkil çəkdirmək, avtoqraf almaq istəyənlərə görə böyük sıxlıq yaşanıb.