Bir neçə futbolçunu siqaret çəkərkən tutublar

Bu yay PSJ-nin Yaponiyadakı mövsümöncəsi turu zamanı Luis Enrike və onun məşqçilər heyətinin diqqətini çəkən hadisələr baş verib.
TNS xəbər verir ki, bu barədə “Sports Zone” məlumat yayıb.
Mənbənin sözlərinə görə, bir neçə futbolçunun siqaret çəkdiyi aşkarlanıb. Tam olaraq kimin siqaret çəkdiyi barədə məlumat verilmir.
Xatırladaq ki, Fransa çempionatının ilk 5 turunda parislilər cəmi 8 xal toplayıb. Bu, PSJ-nin “Qatar Sports Investments”ə məxsus olmasından bəri ən pis başlanğıcıdır.
Xatırladaq ki, sentyabrın 15-də Fransa Liqa 1-də 5-ci turun oyunu keçirilib və PSJ doğma meydanda “Nitsa”nı qəbul edib. Parisin "Park des Princes" stadionunda keçirilən oyun 3:2 hesabı ilə qonaqların xeyrinə başa çatıb. PSJ bu mövsüm Fransa çempionatında ilk məğlubiyyətini alıb.