Close

23:54
22 İyul 2024
22:26
22 İyul 2024
21:50
22 İyul 2024
21:34
22 İyul 2024

PSJ rəhbərliyi Messiyə 100 milyon avroluq müqavilə təklif edəcək

Fransanın PSJ klubu Lionel Messini heyətində saxlamaq üçün həlledici addım atmağı planlaşdırır.

TNS xəbər verir ki, bu barədə jurnalist Fransua Qallardo məlumat verib.

PSJ rəhbərliyi Messiyə “1+1” sxemi ilə ilinə 100 milyon avroluq müqavilə təklif edəcək.

Paris klubunun Qətərdən olan rəhbərliyi argentinalı futbolçunun Səudiyyə Ərəbistanı çempionatına keçməsini istəmir.

Messinin PSJ ilə müqaviləsi cari mövsümün sonunda başa çatacaq. Cari mövsüm Fransa təmsilçisinin heyətində 39 oyun keçirən futbolçu 20 qol vurub və eyni sayda məhsuldar ötürmə edib.