“Barselona” “Real”ı son dəqiqədə məğlub etdi - VİDEO
18
10:15 - 20 Mart 2023

İspaniya La Liqasında növbəti “El-Klassiko” oynanılıb.
TNS xəbər verir ki, 26-cı turda lider “Barselona” ondan 9 xal geri qalan 2-ci pillədəki “Real Madrid”i qəbul edib. Oyunun əvvəlində “Barselona” hesabda geri düşsə də, 45 və 90+2-ci dəqiqələrdə vurulan qollarla 2:1 hesablı qələbə qazanıb.
Bu nəticədən sonra turnir cədvəlindəki xallarını 68-ə yüksəldən “Barselona” liderliyini daha da möhkəmləndirib.