Close

“Barselona” “Real”ı son dəqiqədə məğlub etdi - VİDEO

İspaniya La Liqasında növbəti “El-Klassiko” oynanılıb.

TNS xəbər verir ki, 26-cı turda lider “Barselona” ondan 9 xal geri qalan 2-ci pillədəki “Real Madrid”i qəbul edib. Oyunun əvvəlində “Barselona” hesabda geri düşsə də, 45 və 90+2-ci dəqiqələrdə vurulan qollarla 2:1 hesablı qələbə qazanıb.

Bu nəticədən sonra turnir cədvəlindəki xallarını 68-ə yüksəldən “Barselona” liderliyini daha da möhkəmləndirib.