Close

"Qarabağ"dan nümunəvi addım - Onlar "Qalatasaray"la oyuna dəvət ediləcək - FOTO

Martın 26-da Bakıda "Qarabağ" və "Qalatasaray" komandaları arasında xeyriyyə matçı keçiriləcək.

TNS xəbər verir ki, Ağdam təmsilçisi Türkiyədə baş verən zəlzələ qurbanlarına dəstək məqsədiylə keçirilən yoldaşlıq oyunu ilə bağlı müəyyən addımlar atacaq.

44 günlük müharibə zamanı şəhid olan Fərid Dursunovun övladları da İstanbul təmsilçiylə qarşılaşmaya dəvət ediləcək.

qs-sehid1

Fərid Dursunovun arzusu şəhid olarkən məzarına Azərbaycan bayrağı ilə yanaşı "Qalatasaray" bayrağının da asılması olmuşdu.

qs-sehid

Bundan başqa, Vətən müharibəsinin 10-cu günündə Türkiyə "A haber" kanalına müsahibə verərkən iki komanda arasında oyunun Xankəndidə keçirilməsini arzulayan Murad Hüseynov da oyunu izləyənlər arasında olacaq. Hüseynov bu məqsədlə artıq "Qarabağ"ın bazasına dəvət edilib.(publika.az)

muraddhuseynov34444

qara-murad