Close

Qurban Qurbanov: "Söhbət 50 manatda deyil"

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov fotoqraf Elmir Kərimovun klubdan ayrılmasına münasibət bildirib. 

TNS xəbər verir ki, o, məsələnin dəqiqləşdirilməli olduğunu deyib: 

“Xəbəri sosial şəbəkələrdə gördüm. Onun xətrini çox istəyirdi hər kəs. Birdən-birə belə məsələnin ortaya çıxmasına təəccübləndim. Söhbət 50 manatda deyil. Çünki “Qarabağ”da həmişə imkansızlara dəstək olub. Fikrimcə, anlaşılmazlıq olub. Mən bildiyimə görə, klub tərəfindən ciddi problem olmayıb. Bəzən bizim də jurnalistlə və ya başqa kimsə ilə anlaşılmazlıq olub”.