Close

00:03
26 Aprel 2024

Konfrans Liqası: "Qarabağ" "Gent"i məğlub edib - YENİLƏNİB

"Qarabağ" UEFA Konfrans Liqasının pley-off mərhələsində ilk oyununu keçirib. 

TNS xəbər verir ki, Qurban Qurbanovun baş məşqçi olduğu komanda Bakıda Belçikanın "Gent" klubu ilə üz-üzə gəlib. 

Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşmanı Məhəmməd Al-Hakimin  rəhbərlik etdiyi İsveçdən olan hakimlər briqadası idarə edib. Matç Türkiyə və Suriyada baş vermiş zəlzələdə dünyasını dəyişənlərin xatirəsinə görə bir dəqiqəlik sükutla başlayıb. 

Matç Azərbaycan təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. 

Cavab görüşü fevralın 23-də Belçikada baş tutacaq. 

23:24

Bakıda "Qarabağ" və Belçikanın "Gent" klubu arasında keçirilən UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda hesab açılıb. 

TNS xəbər verir ki, 78-ci dəqiqədə "köhlən atlar"ın yarımmüdafiəçi Leandro Andrade topu rəqib qapısından keçirib. 

21:50

Bakıda "Qarabağ" və Belçikanın "Gent" komandaları arasında keçirilən UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunu start götürüb. 

TNS xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionundakı qarşılaşma saat 21:45-də başlayıb. 

Matç Türkiyə və Suriyada baş vermiş zəlzələdə dünyasını dəyişənlərin xatirəsinə görə bir dəqiqəlik sükutla başlayıb. 

Bundan əlavə, fubtolçular meydana "yanınızdayız" pankartı ilə çıxıblar. 

Görüşü Məhəmməd Al-Hakimin  rəhbərlik etdiyi İsveçdən olan hakimlər briqadası idarə edir.