Close

Azərbaycan Ermənistanla eyni qrupa düşdü

Almaniyanın Münhen şəhərində 2023-cü ildə keçiriləcək basketbol üzrə Avropa çempionatının püşkatma mərasimi keçirilib.

TNS xəbər verir ki, 16 yaşadək kişilərdən ibarət olan Azərbaycan milli yığması Albaniya, Kipr, San Marino və Ermənistan komandaları ilə qarşılaşacaq.

Qeyd edək ki, matçlar 2023-cü il iyulun 19-dan 27-dək Kosovada keçiriləcək.