Close

Həlledici penaltidən əvvəl Messinin dediyi 4 söz deşifrə edildi

2022-ci ildə Qətərdə keçirilən dünya çempionatının finalında Argentina millisinin hücumçusu Lionel Messinin həlledici penaltidən əvvəl dediyi sözlər deşifrə edilib.

TNS  xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Qonzalo Montiel son penaltini vurmaq üçün gedəndə, Leo səmaya baxaraq deyib:

“Bu gün reallaşa bilər, nənə".

Qeyd edək ki, ispan dilinə tərcümədə bu cümlə dörd sözlə ifadə olunur.

Xatırladaq ki, Messi 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatında Argentina millisinin tərkibində dünya çempionu olub. Argentina finalda Fransa yığmasına qalib gəlib (penaltilər seriyasında 3:3, 4:2). Həmin oyunda Messi dubl edib.(publika.az)