Close

10:48
26 Aprel 2024
10:15
26 Aprel 2024

“Qarabağ” klubu daha bir ilkə imza atdı - FOTO

“Qarabağ” klubu Azərbaycan çempionatlarında 500-cü qələbəsini qazanıb. Bu, Azərbaycan Premyer Liqasının XVIII turuna təsadüf edib.

TNS Peşəkar Futbol Liqasına istinadla xəbər verir ki, baş məşqçi Qurban Qurbanovun yetirmələri səfərdə “Səbail”ə qalib gəliblər – 3:0.

Ağdam klubu 1992-ci ildən keçirilən yarışın tarixinə 500 qələbə qazanan ilk komanda kimi düşüb. Bu yubiley 871-ci oyunda qeydə alınıb.

“Qarabağ”ın ilk qələbəsi 1992-ci il mövsümünə təsadüf edib. Mayın 6-da Kürdəmirin “Şirvan” komandasını qəbul edən Ağdam təmsilçisi 6:0 hesabı ilə qalib gəlib.

321762418_2094663997396803_4134838848372703047_n