Close

"Mənşur Gülməmmədli mənə dedi ki, bu vəsait Vasif Talıbova çatdırılacaq" - ŞOK MÜRACİƏT

Naxçıvan Beynəlxalq Hava Limanı barədə redaksiyamıza çoxlu şikayət məktubu daxil olub. Hava limanının keçmiş işçiləri direktor Mənşur Gülməmmədlinin onları qanunsuz şəkildə işdən çıxardığını, qurumda korrupsiya və rüşvətxorluqla məşğul olduğunu iddia edirlər.

TNS hava limanının sabiq əməkdaşı Fikrət Məmmədovun müraciətini təqdim edir:

“Mən 1998-ci ildə Naxçıvan Beynəlxalq Hava Limanına işə daxil olmuşam. Bir müddət keçdikdən sonra mühafizə xidmətinə rəis vəzifəsinə təyin edilmişəm. 05.10.2009-cu ildə Mənşur Gülməmmədlinin təkidi ilə Daşımaların təşkili xidmətinə növbə rəisi keçirilmişəm. 10 gün işlədikdən sonra Mənşur Gülməmmədli məndən 1500 manat tələb etdi. Mən bu vəsaiti niyə verməli olduğum barədə sual verəndə bildirdi ki, pul Vasif Talıbova çatdırılacaq. Pulu verməyəcəyim halda məni işdən azad edilməklə hədələdi. Mən də məcbur qalıb tanış insanlardan borc alaraq M.Gülməmmədliyə otağında 30 ədəd 50 AZN verdim.

Mənşur Gülməmmədlinin çox qanunsuz işlərini gördüyümə və bildiyimə görə, 2011-ci ildə işdən azad edilməyim üçün ərizə yazmağımı tələb etdi.  28.03.2011-ci ildə işdən çıxmaq haqqında ərizə yazmaqdan imtina etdiyim üçün məni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən işdən qanunsuz şəkildə azad etdi.

Hüquqlarımın bərpası üçün sizin vasitənizlə aidiyyəti dövlət orqanlarına müraciət edir, işimə bərpa olunmağıma, əmək kitabçama yazılan maddənin götürülməsinə köməklik göstərilməsini xahiş edirəm”.