Hərbçimiz Kəlbəcərdə minaya düşdü - YENİLƏNİB

Kəlbəcərdə minaya düşən hərbi qulluqçumuz Xudaverdi Sadıqovun vəziyyəti açıqlanıb.
Müdafiə Nazirliyindən TNS-ə verilən məlumata görə, hərbi hospitala yerləşdirilən X.Sadıqovun vəziyyəti kafi qiymətləndirilir.
13:16
Azərbaycan Ordusunun hərbçisi Xudaverdi Həsən oğlu Sadıqov Kəlbəcərdə ermənilərin basdırdığı piyada əleyhinə minaya düşüb.
TNS xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, hadisə mayın 29-u saat 10:10 radələrində Kəlbəcər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələrinin əraziləri mina və partlamamış döyüş sursatlarından təmizləməsi zamanı qeydə alınıb.
Nəticədə hərbi qulluqçu sol ayağından xəsarət alıb. İlkin tibbi yardım göstərilən X.Sadıqov ixtisaslı müayinə və müalicə olunması üçün yaxınlıqdakı hərbi hospitala təxliyə olunub.