Azərbaycan və Türkiyə sualtı hücum və sualtı müdafiə bölmələrinin birgə təlimi başa çatıb
7
17:25 - 29 Noyabr 2024
Azərbaycan və Türkiyə respublikalarının Hərbi Dəniz Qüvvələrinin (HDQ) sualtı hücum və sualtı müdafiə bölmələri ilə keçirilən "SAT-SAS-2024" birgə təlimi başa çatıb.
TNS MN-ə istinadən xəbər verir ki, təlimin sonuncu mərhələsində xüsusi təyinatlı qrupun dəniz yolu ilə şərti düşmən arxasına çıxarılması, hədəf obyektinin gizli müşahidəsi və basqını üzrə tapşırıqlar icra edilib.
Qardaş ölkənin Marmaris şəhərinin Aksaz dəniz bazasında keçirilən birgə təlimdə qarşıya qoyulan bütün tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib.
Əlaqəli xəbərlər
18:50
03 Dekabr 2024