Hərbçimiz Goranboyda minaya düşdü
24
20:17 - 10 Noyabr 2024
Noyabrın 10-da Goranboy rayonunun Gülüstan kəndi ərazisində Azərbaycan Ordusunun hərbi qulluqçusu İbrahimov Qədim Xaliq oğlu Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən əvvəlcədən basdırılmış piyada əleyhinə minaya düşərək xəsarət alıb.
Bu barədə TNS-ə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, hərbi qulluqçumuz dərhal yaxınlıqdakı hərbi tibb məntəqəsinə təxliyə edilib. Vəziyyəti kafidir.
Əlaqəli xəbərlər
18:50
03 Dekabr 2024