Kəlbəcərdə qalıqları tapılan hərbçi Ağdamda dəfn olunub - YENİLƏNİB
2022-ci il martın 3-də Laçın rayonunda sərhəd istiqamətində itkin düşən Azərbaycan Ordusunun əsgəri, 2003-cü il təvəllüdlü Məmmədov Fərid Əjdər oğlu ilə Ağdamda dəfn edilib.
12:22
2022-ci il martın 3-də Laçın rayonunda sərhəd istiqamətində itkin düşən Azərbaycan Ordusunun əsgəri, 2003-cü il təvəllüdlü Məmmədov Fərid Əjdər oğlu ilə Ağdamda vida mərasimi keçirilir.
TNS-yerli müxbirinin xəbərinə görə, Ağdam Mədəniyyət Evində keçirilən mərasimdə Fərid Məmmədovun ailə üzvləri, şəhid ailələri, qazi və hərbçilər iştirak edirlər.
Vida mərasimindən sonra Fərid Məmmədovun meyitinin qalıqları rayonun Quzanlı qəsəbəsində yerləşən Şəhidlər xiyabanında dəfn ediləcək.
Qeyd edək ki, 3 mart 2022-ci ildə Azərbaycan Ordusunun əsgərləri Məmmədov Fərid Əjdər oğlu və Abdullayev Firdovsi Mais oğlu Laçın rayonunda yüksək dağlıq və çətin relyefli ərazidə hava şəraitinin qəfil dəyişməsi və çovğun səbəbindən istiqaməti itirərək itkin düşüb, uzun müddət soyuq temperaturda qalmaqla donvurmadan ölüblər. Onların meyitinin qalıqları 3 iyul 2024-cü ildə Kəlbəcər rayonu, İstisu qəsəbəsindəki Yüzbulaq yaylağının ərazisində aşkarlanıb.
Ziya Əmirxanlı