Ötən həftə azad olunan ərazilərdə 135 mina zərərsizləşdirilib
14
15:23 - 08 İyul 2024
Azad olunan ərazilərdə iyulun 1-7-də 107 tank əleyhinə mina, 28 piyada əleyhinə mina, 830 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.
TNS-in xəbərinə görə, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında deyilir.
Məlumata əsasən, 1039,5 hektar ərazi minalardan təmizlənib.
Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) həyata keçirib.
Əlaqəli xəbərlər
13:06
22 Oktyabr 2024
13:05
22 Oktyabr 2024