Close

Dörd hərbçimiz Türkiyədə təlimlərini başa vurub - VİDEO

Azərbaycan Ordusunun 4 hərbçisi Türkiyədə paraşütdən tullanma təlimlərini başa vurub.

TNS xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, İkinci Baş Reaktiv Baza Şəxsi Heyət Xilasetmə (PK) Təlim Komandanlığının məsuliyyəti altında keçən təlimləri həmçinin 31 kursant bitirib.