Azərbaycan Ordusu Ermənistanın mövqelərinə atəş açmayıb
44
16:35 - 18 Noyabr 2023
![](/upload/files/up3/Xeberler/Siyaset/2023/11/18/6558ae08dadbe6558ae08dadbf170031053630fa834df9cccbb598de1b5b56fcc472.jpg)
Azərbaycan Ordusunun bölmələri tərəfindən noyabrın 18-i saat 09:50 radələrində Ermənistan silahlı qüvvələrinin Dəvəli rayonu istiqamətində yerləşən mövqelərinə guya atəş açılması və nəticədə bir hərbi qulluqçunun yaralanması barədə bu ölkənin Müdafiə Nazirliyinin yaydığı məlumat tamamilə yalandır.
Bu barədə TNS-ə Azərbaycan MN-dən məlumat verilib.
"Qarşı tərəfin təxribat xarakterli məlumatını qəti surətdə təkzib edirik. Ermənistan müdafiə nazirliyi ordusunda mövcud olan özbaşınalıqları ört-basdır etmək məqsədilə real əsası olmayan məlumatları yaymaqda davam edir", məlumatda bildirilib.