Zakir Həsənov MDB Müdafiə Nazirləri Şurasının iclasında iştirak edib
26
19:01 - 29 Sentyabr 2023

Sentyabrın 29-da Rusiya Federasiyasının Tula şəhərində Müstəqil Dövlətlər Birliyi iştirakçı-dövlətlərinin Müdafiə Nazirləri Şurasının iclası keçirilib.
TNS Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov iclasda iştirak edib.
İclasda cari hərbi əməkdaşlıq və qarşıda duran məsələlər müzakirə olunub.