Azad edilən ərazilərdə daha 19 mina aşkarlanıb
59
15:50 - 18 Sentyabr 2023
![](/upload/files/up3/Xeberler/Siyaset/2023/09/18/nocomment_a53dc82945826553663bf6fe32c9b2c2_k3v4zqecmbsixu97ptjf.jpg)
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat açıqlayıb.
ANAMA-dan TNS-ə verilən məlumata görə, sentyabrın 11-dən 17-dək Tərtər, Ağdam, Xocavənd, Laçın, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 11, tank əleyhinə 8 mina və 34 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Bildirilib ki, 195, 7 ha ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.