Close

"Azərbaycan yeni müasir silah və hərbi texnikalar alacaq"

"Azərbaycan Ordusu yeni müasir silah və hərbi texnikalar alacaq".

TNS xəbər verir ki, bunu müdafiə naziri general-polkovnik Zakir Həsənov bildirib.

Dövlətimizin başçısının Azərbaycan Ordusuna yüksək diqqət və qayğı göstərdiyini vurğulayan müdafiə naziri deyib ki, ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi və milli təhlükəsizlik tədbirlərinin daha da artırılması üçün 1 milyard 105 milyon manat, o cümlədən xüsusi müdafiə təyinatlı layihələr və tədbirlər üzrə xərclər üçün 1 milyard manat əlavə edilməsi Orduda aparılan islahatlar çərçivəsində yeni müasir silah və hərbi texnikanın alınmasına imkan verəcəkdir.