MN: "Azərbaycan Ordusunun mövqelərini atəşə tutan Ermənistan bölmələrinə qarşı cavab atəşi açılıb"
45
00:25 - 14 Mart 2023
![](/upload/files/xeberler/Herbi/2022/01/58180cf1-d574-3d8b-a95a-fbd1504af75f_850.jpg)
Müdafiə Nazirliyi Azərbaycan Ordusu tərəfindən Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Yuxarı Şorca istiqamətində mövqelərinin atəşə tutulması ilə bağlı erməni mətbuatının yaydığı məlumatı şərh edib.
TNS xəbər verir ki, şərhdə deyilir:
“Azərbaycan Ordusunun mövqelərini atəşə tutan Ermənistan silahlı qüvvələrinin bölmələrinə qarşı cavab atəşi açılıb.
Bundan sonra da bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görüləcək”.